Ölkə içi

Şarl Mişel: “Qafqazda sabitlik üçün öhdəlik götürməyə hazırıq”

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə keçirilən görüşü ilə bağlı fikirlərini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, Şura prezidenti görüşün səmimi şəraitdə keçdiyini, Cənubi Qafqazdakı vəziyyətlə bağlı açıq dialoq aparıldığını bildirib.

O qeyd edib ki, Avropa İttifaqı Qafqazda sabitlik və firavanlıq olması üçün proseslərdə müsbət rol oynamaq istəyinə sadiqdir. “Aİ lazımi humanitar jestləri dəstəkləmək, iki tərəf arasında etimadı yaradacaq daha çox səylər göstərmək istəyir. Bundan əlavə, digər aktorlarla birlikdə Aİ bütün müsbət addımları dəstəkləməyə hazırdır”.

Mişel həmçinin bildirib ki, Aİ həmişə ATƏT-in Minsk Qrupunu və regionun daha təhlükəsiz və sabit olmasına gətirib çıxaran bütün səyləri dəstəklədiyini bildirib. “Biz göstərdik ki, ən çətin mövzularda belə birbaşa alətlər daha effektivdir və buna ehtiyac var. Ən çətin suallarda ən vacib şey bir-birimizi dinləmək, harada olduğumuzu və fərqli yanaşmalarımızın harada olduğunu anlamaq, fərqli arqumentlər gətirməkdir. Mən qəti əminəm ki, bu görüş son dərəcə səmərəlidir və inanıram ki, belə birbaşa təmaslar qısa və ortamüddətli perspektivdə də davam etdiriləcək. Bir daha qeyd etmək istəyirəm ki, Aİ digər tərəfdaşlarla öz işini görməyə hazırdır. Çünki bizim aydın baxışımız, aydın məqsədlərimiz var, ilk növbədə regionda sülhün, sabitliyin və rifahın bərqərar olması üçün lazımdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button