Ölkə içi

Tural Abbaslı sabiq deputatın qızı ilə evlənir

“Ağ Partiya”başqanı Tural Abbaslının toyunun tarixi dekabrın 21-nə təyin olunub. JAMAZ.İNFO bizim.media-ya istinadən bildirir ki, bu barədə məlumatı Tural Abbaslının özü verib.

Onun sözlərinə görə toyun baş tutması ilə bağlı bütün qaydalara əməl olunacaq. “Qismət olsa, dekabrın 21-də toydur. Şəxsi həyatımdan danışmağı sevmirəm. İnşallah hər şey yaxşı olar”.
Qeyd edək ki, ötən ilin mayında nişanlanan Tural Abbaslı Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə ailə həyatı quracaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button