Ölkə içi

Xankəndini qazla təmin edən kəməri “Azəriqaz” təmir edəcək

Xəbər veridyimiz kimi, martın 8-dən etibarən Ermənistandan Xankəndinə çəkilmiş təbii qaz kəmərində qəza baş vermişdi. Həmin vaxtdan bəri qazsız qalan Qarabağdakı ermənilərin xahişlərinə baxmayaraq, Azərbaycan tərəfi ərazinin təhlükəli olması səbəbindən təmnirə icazə vermirdi. JAMAZ.İNFO news.az saytına istinadən xəbər verir ki, bu gün rəsmi Bakı qaz kəmərində təmir işlərinin həyata keçirilməsinə razılıq verib.

Daha doğrusu, sözügedən qaz kəmərini “Azəriqaz” təmir edəcək. Artıq bununla bağlı işlərə də başlanılıb.

Erməni mediası bildirir ki, Qarabağın təbii qazla təmin olunması üçün Ermənistan hökuməti və bölgədəki rus sülhməramlıları Bakı ilə danışıq aparıblar. Bu gün həmin danışıqlar ermənilər üçün müsbət sonuc verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button