Siyasət

AXCP sədrinin köməkçisi saxlanıldı- 200 MANAT CƏRİMƏ OLUNUB

Bu gün səhər saatlarında AXCP sədrinin köməkçisi Faiq Əmirli yaşadığı mənzilin yaxınlığında polis tərəfindən saxlanılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Əmirlinin həyat yoldaşı Lalə Əəmirli məlumat verib.

O bildirib ki, dekabrın 14-də sərt karantin rejiminin tətbiq olunacağı səbəbindən Əmirli saçını kəsdirmək üçün yaşadıqları mənzilin yaxınlığında fəaliyyət göstərən bərbərə gedib. Lakin yolda partiya sədrinin köməkçisi saxlanılıb və polis bölməsinə aparılıb.

Lalə Əmirlinin dediyinə görə, Faiq Əmirlini saxlayanlar bunu onun karantin qaydalarını pozması ilə izah ediblər.

DİN Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, dekabrın 12-də keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində paytaxtın Səbail rayonunda 20-ci sahədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozan bərbərxana aşkar olunub. Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakinləri – orada bərbər işləyən, 1984-cü il təvəllüdlü Alıyar Məmmədov və müştərisi 1973-cü il təvəllüdlü Faiq Əmirli saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə bərbər 400 manat, karantin qaydalarını pozan müştəri isə 200 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıblar.

.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button