Siyasət

Azərbaycan deputatları İrəvana gedəcəklərmi?

Fevralın 19-22-də İrəvanda Avronest Parlament Assambleyası Bürosunun iclasları keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, Assambleyanın Siyasi, İnsan Haqları və Demokratiya, Enerji Təhlükəsizliyi, İqtisadi İnteqrasiya, Hüquqi Yaxınlaşdırma və Aİ Siyasəti, Sosial Məsələlər, Məşğulluq, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti Daimi Komitələrinin üzvləri, Avronest PA Nümayəndəliyi və Şərq Tərəfdaşlığı üzvləri Ermənistana gələcəklər.

Erməni mediasının yaydığı məlumata görə, iclasda Azərbaycan tərəfi iştirakını ilkin təsdiqləyib. “Azərbaycan nümayəndə heyətinin İrəvana gələcəyi istisna edilmir”.

Azərbaycan tərəfi isə bununla bağlı hər hansı bir açıqlama verməyib. Avronestdə təmsil olunan deputatların isə konkret olaraq kimliyi də məlum deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button