Siyasət

Elman Məmmədov: “Bu, Rusiyanın ərazimizdə separatçılığa, terroçuluğa verdiyi dəstəkdir”

“Azərbaycan Prezidenti hər zaman bəyan edib ki, ərazilərimizdə separatçılar, qeyri-qanuni silahlı birləşmələr, terrorçular, cinayətkarlar qalmayacaq. Onları ərazilərimizdən ya məhv etməklə, ya da kənarlaşdırmaqla təmizləyəcəyik. Bu prosesə başlanılıb və davam edəcək”. Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan Ordusunun son uğurlu əməliyyatını dəyərləndirərkən, Azərbaycan Prezidenti İlham Əliyevin nəyi, nə vaxt və necə etməyi çox yaxşı bildiyini söyləyərkən deyib.

“Azərbaycan Prezidenti hər zaman bəyan edib ki, nəyi, necə və nə vaxt etmək lazım olduğunu yaxşı bilir. İstənilən dövlət başçısı həmin cümlədəki bu üç məqamın cavabını düzgün biləndə məsələlər həllini tapır. Ardıcıl olaraq bu üç suala cavab tapan hər kəs istənilən məsələni həll edə bilir. Azərbaycan Prezidenti də bu istiqamətdə uğurlu siyasət aparır. Bu siyasətin nəticəsində də müsbət nəticələr verən fəaliyyətlər bizi sevindirir. Zamanın heç kimə və heç nəyə ehtiyacı yoxdur. Hər kəs və hər şeyin zamana ehtiyacı var. Zamanla düzgün hesablaşmaq lazımdır. Azərbaycan Prezidenti hər zaman bəyan edib ki, ərazilərimizdə separatçılar, qeyri-qanuni silahlı birləşmələr, terrorçular, cinayətkarlar qalmayacaq. Bu prosesə başlanılıb və davam edəcək. Heç bir dövlət, o cümlədən Azərbaycan ərazisində separatçı qurumun mövcud olduğunu, qanunsuz erməni silahlı dəstələrinin olmasını qəbul edə bilməz. Fərrux, Pirlər məsələsi də buna növbəti cavabdır. Onları tamamilə ərazilərimizdən təmizləməliyik”- deyə deputat bildirib. 

Deputat Moskvanı Azərbaycan ərazisində separatçılığı dəstəkləməkdə ittiham edib: “10 Noyabr üçtərəfli bəyanata əsasən, bu öhdəliyin icrası ərazilərimizdə müvəqqəti olaraq yerləşən rus hərbi kontingentinin üzərinə düşürdü. Ancaq onlar bu günə qədər həmin istiqamətdə addım atmayıblar. Əksinə, erməni separatçılarının mövcudluğuna şərait yaradır, onları himayə edir, təminatı ilə məşğuldurlar. Bu da Rusiya dövlətinin Azərbaycan ərazisində separatçılığa, cinayətkarlığa, terroçuluğa verdiyi dəstək kimi qiymətləndirilməlidir. Onların bu hərəkəti həm də Bakı ilə Moskva arasında 22 fevralda imzalanan müttəfiqlik sazişinə də ziddir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button