Siyasət

Ermənistan Azərbaycanı “təhdid” edir: “Ordumuz əvvəlki gücünü qaytarıb”

“Qarabağ müharibəsindən sonra ciddi zərbə almış Ermənistan ordusu sürətli şəkildə gücünü bərpa edir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın Təhlüksəzilik Şurasının atibi Armen Qriqoryan deyib.

O bildirib ki, 44 günlük müharibədə erməni ordusu ciddi zərbə alıb və daılmaq həddində olub. “Lakin son dövrlər həyata keçirdiyimiz islahatlar nəticəsində ordumuz ciddi şəkildə bərpa edilib və güclənib. Məlumunuzdur ki, biz Rusiyanın dəstəyi ilə hərbi sahədə islahatlar həyata keçiririk. Və bu proses sürətli şəkildə reallaşdırılır. Əminəm ki, qısa müddətdən sonra ordunu tam bərpa edib, onun daha da gücləndirə biləcəyik”.

Qriqoryan Azərbaycan-Ermənistan sərhəddində son günlər baş verənlərə də münasibət bildirib. “Azərbaycan tərəfinin Sünik və Geqarkunikdə atdığı addımlar bölgəni yeni müharibələ təhdid edir. Lakin Ermənistan ümid edir ki, məsələ diplomatik yolla həll olunacaq. Bunun üçüt təhlüksəziliyə və razılaşmalara təminat verən tərəf lazımdır. Biz hesab edirik ki, prosesdə KTMT aktiv iştirak etməlidir. Eyni zamanda, beynəlxalq aləmin prosesdə iştirakı lazımdır. Təbii ki, Azərbaycanın güc sennarisindən istifadə edə biləcəyini istisna etmək olmaz. Lakin sabitlik üçün beynəlxalq təminatın əldə edilməsi imkanları genişdir”.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu açıqlaması ilə dolayısı yolla Azərbaycanı təhdid etmək fikrində olub. Onun Ermənistan ordusunun əvvəlki gücünü qaytardığını, bu prosedə Rusiyanın birbaşa iştirak etdiyini deməklə, rəsmi Bakıya xəbərdarlıq etməyə çalışıb ki, əgər hərbi əməliyyatlar başyarasa, onlar da geri çəkilməyəcəklər. Digər tərəfdən, Ermənistan tərəfi bununla həm də onu deməyə çalışır ki, onlar istənilən vaxt Sünik və digər sərhədyanı ərazilərdə təxribata əl ata bilərələr. Lakin onların nə deməsindən asılı olmayaraq, hazırkı vəziyyət Azərbaycanın güclü tərəf olduğunu göstərir. Üstəlik, bu dəfə müharibə başlayarsa, Ermənistanın bütün ordusunu itirəcəyinə də şübhə yoxdur.

Eyni zamanda, Ermənistan 6 ay içində öz ordusunu dəfələrlə gücləndirsə də, bunun xeyri yoxdur. Nəzərə alaq ki, ermənilərin 4 ilə işğal etdikləri torpaqlarımızı Ordumuz 44 gün ərzində azad edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button