Siyasət

Harutyunyan təcili İrəvana gedib

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyan bu gün İrəvana gedib. JAMAZ.İNFO xəbər verir ki, Harutyunyanı Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayıb.

Onun İrəvana gəlməsininin səbəbi aydındır. Belə ki, Nikol Paşinyan Brüsseldə keçirdiyi görüşdən sonra Qarabağ separatçılarını məlumatlandıracaq.

Qeyd edək ki, bu ilk belə hadisə deyil. Paşinyan Qarabağ məsələsi ilə bağlı apardığı bütün danışıqlardan sonra Arayiklə görüşüb. Belə görüşlər sadəcə, məlumat çatdırmaq, vəziyyəti izah etmək məqsədindən də başqa bir şey deyil.

Bildirək ki, dünən axşam saatlarında Arayik Harutyunyan separatmçıları başına toplayaraq, qondarma “təhlükəsizlik şurası”nın iclasını keçirib. Erməni mediasının yaydığı məlumatdan belə anlaşılır ki, görüşdə Harutyunyan vəziyyətin gərgin olaraq qaldığını, problemlərin aradan qaldırılması üçün yeni addımların atılmasının vacibliyini vurğulayıb.

Bu əsnada xatırladaq ki, Ermənistanda Arayik Harutyunyanı Qarabağın “25 fazilik prezidenti” olaraq təqdim edirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button