Siyasət

Hrant Baqratyan: “Ermənistanın 44 günlük müharibənin şokundan çıxması üçün 30-40 il vaxt lazımdır”

Ötən gün mətbuata açıqlama verən Ermənistanın sabiq baş naziri Hrant Baqratyan ölkəsinin hərbi gücünün tam dağıdıldığını bəyan etmişdi. JAMAZ.İNFO xəbər verir ki, sabiq baş nazir bildirmişdi ki, 44 günlük Qarabağ savaşında Ermənistan ordusunun 80 faizi sıradan çıxıb.
Onun sözlərinə görə, müharibədən sonrakı vəziyyəti məğlubiyyət yox, darmadağın olunmaq adlandırmaq lazımdır.
Baqratyan bu gün mətbuata verdiyi açıqlamasında isə bəyan edib ki, Ermənistanın hazırda yaşadığı şokdan çıxması üçün 30-40 il vaxt lazımdır. O deyib ki, bütün bunları aradan qaldırmaq üçün yeni “cəsur nəsil” yetişdirmək zərurəti var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button