Siyasət

İlham Əliyev-Nikol Paşinyan görüşü olacaq

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi saytı məlumat yayıb. 

Bildirilir ki, Əliyev və Paşinyanın görüşü barədə qərar Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin görüşündən sonra qəbul edilib. Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button