Siyasət

İlham Əliyev: “Qarabağ münaqişəsi bitib, status olmayacaq”

“Dağlıq Qarabağ münaqişəsi başa çatıb və Qarabağın statusu ilə bağlı müzakirələrə qayıtmaq fikrimiz yoxdur”. JAMAZ.İNFO xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın mövqeyi açıq və  aydındır. “Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə qalib gəlmişik, bu reallığı nəzərə almaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Qarabağın statusu ilə bağlı heç bir müzakirəyə və ya buna bənzər bir şeyə qayıtmaq niyyətimiz yoxdur”.

Əliyev deyib ki, Azərbaycan münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün tədricən zəmin hazırlayır. “Birgə yaşamağı öyrənməliyik. Biz buna hazır olduğumuzu açıq şəkildə bildiririk. Ancaq indiyədək qarşı tərəfdən heç bir müsbət siqnal olmayıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button