Siyasət

İlqar Məmmədov Ədalət Vəliyevlə görüşdü

REAL partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.
JAMAZ.info xəbər verir ki, bu barədə sədrin özü məlumat verib.
Onun sözlərinə görə, görüşdə siyasi dialoqun indiyə qədər verdiyi müsbət nəticələri və prosesin bundan sonrakı strategiyası geniş müzakirə olunub:
“Əməkdaşlığımızın gələcəkdəki mümkün formalarına və istiqamətlərinə ilkin baxışlarımızı bölüşdük. Ölkə gündəmində olan bir sıra məsələlərə də toxunduq – o cümlədən, Media haqqında qəbul olunmuş yeni qanun, QHT qanunvericiliyinə əlavə və dəyişikliklər haqqında REAL partiyasının Milli Məclisə təqdim etdiyi paket, siyasi partiyalar haqqında yeni qanunun qəbulu perspektivləri, əlavə və təkrar parlament seçkilərinin keçirilməsi məsələləri müzakirə edilib”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button