Siyasət

İtaliya Ermənistanı Sammitə dəvət etmədi

G-20-yə daxil olan dövlətlərin yaxın günlərdə sammiti keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, hazırda Sammitə İtaliya rəhbərlik edir və bu səbəbdən də üzv dövlətlərdən başqasını dəvət etmək də onun səlahiyyətindədir.

Bu əsnada məlum olub ki, Roma hökuməti G-20-nin sammitində iştirak üçün Azərbaycana rəsmi dəvət göndərib. Ermənistanın iclasda iştirakı ilə bağlı müraciətini qəbul etməyib.

Qeyd edək ki, Ermənistan müxalifəti İtaliyanın İrəvanı deyil, Bakını Sammitə dəvət etməsini baş nazir Nikol Paşinyanın uğursuz siyasəti kimi təqdim edir. Onlar bəyan edirlər ki, Ermənistan dünyada getdikcə nüfuzdan düşür və özünün uğursuz diplomatiyası ilə diqqəti çəkir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button