Siyasət

Mqer Qriqoryan: “Nəqliyyat yollarının açılması ilə demarkasiya prosesi əlaqəli deyil”

“Regionda kommunikasiyaların açılması Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı deyil”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

O deyib ki, İrəvan üç ölkə liderinin Soçi bəyanatına əsalanaraq, addımlar atır. “Məhz həmin razılaşmaya əsasən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsini artırmaq üçün addımlar atmağa və delimitasiya üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində fəaliyyətə razılaşmışıq. Burada Rusiya məsləhətçi tərəf kimi çıxış edəcək. Lakin bu məsələ heç bir halda regionda mümkün nəqliyyat kommunikasiyalarının açılması ilə əlaqəli deyil”.

Ermənistanın baş nazirinin müavini onu da əlavə edib ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində ekspert alt qrupu yaradılıb. “İşçi Qrupu nəqliyyat kommunikasiyalarının təmin edilməsi məsələlərinin işlənilməsi ilə məşğuldur. Burada sərhədlər açıldıqdan sonra daşıma təşkil olunacaq. Hələ ki, bu məsələlərin yekun tənzimlənməsi ilə bağlı heç bir müzakirə aparılmayıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button