Siyasət

Müsavat rəhbərliyi polisə çağırıldı

Müsavat Partiyasının başqanı Arif Hacılı, onun müavini Səxavət Soltanlı və daha bir neçə fəal polisə çağırılıb. Bu, Müsavat Partiyasının başqanı  və digər fəalların şəhid məzarlarını ziyarətindən sonraya təsadüf edir.

“Elə indi polislə danışırıdm. Məni Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə çağırıblar ki, guya dünən şəhidlərin məzarlarını ziyarət edəndə karantin qaydalarını pozmuşam. Mənimlə birlikdə olanları da polisə çağırıblar. Müavinim Səxavət Soltanlı indi Qaradağ Rayon Polis İdarəsindədir. Mən bildirdim ki, bu, qanunsuz bir davranışdır. Çünki biz açıq havadayıq, orada olanların sayı on nəfərdən azdır. Yalnız foto çəkilən zaman maskalarımızı çıxarmışıq. Sosial şəbəkələrdə yayılan fotolardan da görünür ki, maslakarımız əlimizdədir”, – A.Hacılı Turan-a bildirib.

O hesab edir ki, hakimiyyəti narahat edən onların açıq havada maskalarını çıxarması deyil, ölkə üzrə şəhid məzarlarını ziyarət etmələridir.

“Ancaq, bu təzyiqlərin bir mənası yoxdur. Biz bundan sonra da ölkə üzrə şəhidlərin məzarlarını ziyarət etməkdə davam edəcəyik”, – A.Hacılı qeyd edib.

DİN-in mətbuat xidmətindən Turan agentliyinə bildiriblər ki, A.Hacılını hər hansı polis bölməsinə dəvət etməyiblər. Bununla yanaşı, nazirlikdən qeyd ediblər ki, A.Hacılının karantin rejimini pozması ilə əlaqədar müvafiq inzibati protokol yaşayış yeri üzrə ona çatdırılacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button