Siyasət

NATO Qarabağ məsələsini müzakirə edəcək

Xəbər verildiyi kimi, NATO-ya daxil olan ölkələrin Xarici İşlər nazirlərinin dekabrın 1-2-də videokonfrans formatında görüşü keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, həmin görüşdə nazirlər bir sıra məsələləri, xüsusi olaraq da Rusiyanın son dövrləri hərbi-strateji baxımdan atdığı addımları müzakirə edəcəklər.

NATO-nun baş katibi Jens Stoltenberq bildirib ki, Rusiyanın dünyada hərbi mövqelərinin gücləndirilməsi, o cümlədən Dağlıq Qarabağ və Belarusiya hadisələri kontekstində müzakirələr aparacaqlar. “Nazirlər Rusiyanın artan hərbi fəaliyyətinə cavab olaraq başqa nə edə biləcəyimizi müzakirə edəcəklər. Rusiya nüvə arsenalını modernləşdirir və yeni raketlər hazırlayır. Uzaq Şimaldan, ta Liviya və Suriyaya qədər yeni qüvvələr yerləşdirir. Eyni zamanda, Dağlıq Qarabağ və Belarusda da Rusiyanın hərbi mövcudluğunun artdığını müşahidə edirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button