Siyasət

PAŞİNYAN QURTARDI, SARKİSYAN BAŞLADI: PUTİNDƏN NƏYİN XAHİŞİNİ EDİB? 

Ermənistanın prezidenti Armen Sarkisyan Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, ondan kömək istəyib. JAMAZ.İNFO xəbər verir ki, Sarkisyanın xahişi əsirlikdə olan və itkin düşmüş erməni əsgərlərlə bağlı olub.
Ermənistan prezidenti müraciətində xahiş edib ki, müharibə zamanı Azərbaycana əsir düşmüş erməni əsgərlərinin geri alınmasına köməklik göstərsin. Bundan başqa, o, Putindən itkin düşən erməni əsgərlərinin də tapılaraq, ailələrinə verilməsinə yardımçı olmasını rica edib.
P.S. Armen Ssarkisyana deyən lazımdır ki, erməni əsgərinin Azərbaycan torpaqlarında nə işi var idi ki, əsir düşsün və ya əsgərimizin gülləsinə tuş gəlsin? Vaxtında normal dildə deyiləndə ki, “çıxın torpaqlarımızdan”, dinləmədilər. İndi də Rusiyadan, Fransadan mədət umurlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button