Siyasət

Paşinyan sərhədlərlə bağlı təklifi qəbul etdi

Yerevan Rusiya Federasiyası Müdafiə Nazirliyinin Bakı ilə demarkasiyaya hazırlıq mərhələsi ilə bağlı təklifinə razılıq verib. “Sputnik Ermənistan”-ın noyabrın 18-də verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışında deyib.

“Mənim dünənki bəyanatımdan sonra [Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirmişdi] Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiyanın hazırlıq mərhələsi ilə bağlı təklif irəli sürüb. Mən burda təsdiq etmək istəyirəm ki, təklif bizim üçün məqbuldur”, – deyə Paşinyan qeyd edib.

Baş nazir həmçinin əlavə edib ki, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb. Onun sözlərinə görə, təkliflərin üçü də Ermənistan üçün məqbuldur.

Paşinyan müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə detalları dəqiqləşdirməyi tapşırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button