Siyasət

Pol Qoblun Zəngəzurla bağlı təklifi: ABŞ nə istəyir?

“İki şərq xalqının mübahisəsindən böyük dövlətlər özünə xeyir götürmək istəyir”. Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə amerikalı politoloq Pol Qoblun Azərbaycan-Ermənistan sərhədi ilə bağlı təkliflərini şərh edərkən deyib.

Onun sözlərinə görə, iki dövlətin sərhədi iki dövlətin özü arasında həll edilməlidir: “Bu, Azərbaycan və Ermənistan xalqının arasında xoş niyyət və təmkinlə həll ediləsi məsələdir. Rusiya öz xeyrini götürmək istəyir. ABŞ da dünyanın o başından deyir ki, imkan verin, mən də öz xeyrimi götürüm. Əslində erməni-Azərbaycan xalqı və bu dövlətlərin nümayəndələri əyləşib mövcud olan xəritələri qarşılarına qoymalıdır. Müzakirə edib razılığa gəlməlidirlər ki, hansısa bir ortaq məxrəc tapsınlar. Otaq məxrəc tapılandan sonra torpaq üzərində əlamətlər qoyurlar, lazım olsa tikanlı məftil çəkib sərhədləri müəyyənləşdirirlər. Əslində bura nə Rusiya, nə də ABŞ lazımdır. Amma Rusiya da ordan deyir ki, biz razılığa gələk, yəni münsif olaq, öz xeyrimizi götürək. Ordan da Pol Qobl deyir ki, ABŞ da var, biz də razılığa gələ bilərik. Boynumuza minnət qoyub elə şeylər etməlidir ki, öz xeyrini təmin eləsin, vəssalam”.

Qeyd edək ki, Amerika politoloqu Pol Qobl “Azadlıq” radiosuna deyib ki, Rusiya Qaragöl-Zəngəzur sərhədi ilə bağlı Azərbaycanla Ermənistana fərqli xəritələr verə bilər. Bundan əlavə təklif edib ki,  Azərbaycan sərhəd məsələsi ilə bağlı ABŞ-a müraciət edə bilər. Azərbaycan bu məsələdə ABŞ-dan kömək istəsə, bu köməyi qısa zamanda ala bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button