Siyasət

Qubad İbadoğlu Brüssel görüşü barədə: “Tərəflər iyul və ya avqust aylarında sənəd imzalaya bilərlər”

Azərbaycan Demokratik Rifah Partiyasının (ARDP) sədri Qubad İbadoğlu dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşlə bağlı fikirlərini açıqlayıb.

JAMAZ.İNFO xəbər verir ki, Qubad İbadoğlu qeyd edib ki, İlham Əliyev də bu görüş barədə açıqlama ilə çıxış etməli və xalqı məlumatlandırmalıdır. “Əvvala, bu formatda görüşlərin Brüsseldə keçirilməsini təqdir edirəm, mümkün qədər Kremldən uzaq olmaq lazımdır. Çünki, Moskva ordusunu Qarabağda yerləşdirməklə artıq maraqlı tərəfə çevrilib. Rusiya sülh razılaşmasında həllində deyil, əksinə Qarabağa nəzarətini uzunmüddətli dövrdə saxlamaqda maraqlıdır”.

ADRP sədri bildirib ki, Brüssel açıqlamasında statusdan deyil, Qarabağdakı etnik erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin zəruriyyətindən danışır. “Bu Azərbaycanın maraqlarına uyğundur.Lakin buna nail olmaq üçün Baydenin təbrik məktubunda qeyd olunduğu kimi  Azərbaycan hakimiyyəti  bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmalıdır. Göründüyü kimi, Vaşinqton və Brüssel arasında bu istiqamətdə razılaşma vardır və onlar Qarabağ probleminin həllinə Azərbaycanda demokratikləşmə prizmasımdan baxırlar.  Bu Azərbaycanın ən zəif bəndidir”.

İbadoğlu vurğulayıb ki, Brüssel Moskvanı təşəbbüsü ilə başlayan sərhəd, nəqliyyat məsələlərini sosial-iqtisadi inkişafa bağlamaqla öz nəzarətinə keçirməyə və bu istiqamətdə yalnız diplomatik deyil, həm də maliyyə dəstəyi göstərməyə çalışır. “Nəhayət, bu görüşdən bəlli oldu ki, yaxın 2 ay ərzində sülh danışıqları davam edəcək, əgər razılaşma olarsa ən yaxşı halda iyul və ya avqust aylarında tərəflər hər hansı bir sənədə imza ata bilər”.

Partiya lideri sonda Bakıda Türkiyə hərbi təyyarələrinin uçuşlar keçirməsinə də toxunub. “Yeri gəlmişkən, bu arada Türk F-16-ların Azərbaycan səmasında görsənməsi təsadüfi deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button