Siyasət

“Respublika Günü” ləğv edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub.
APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
İndiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.
Milli Məclisin spikeri Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyevə və Mehriban Əliyevaya Milli Məclis adından müstəqilliyin bərpa olunduğu 18 Oktyabr münasibəti ilə bağlı təbrik məktubları göndərilsin.
Təklif qəbul edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button