Siyasət

Sərhəd Demarkasiyası Komissiyasının növbəti iclasına hazırlıq gedir

Bu yaxınlarda Moskvada Azərbaycan- Ermənistan sərhədinin demarkasiyası komissiyasının ikinci iclası keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Azərbaycan və Ermənistanın bəzi sərhədyanı rayonlarında mütəmadi insidentlər və problemlər Sərhəd Demarkasiyası Komissiyasının sistemli və müntəzəm işinin aktuallığını və zəruriliyini təsdiqləyir”, – Zaxarova deyə bildirib.

Zaxarovanın sözlərinə görə, Rusiya tərəflərin mayın 24-də razılaşdığı demarkasiya komissiyasının ikinci iclasını yaxın vaxtlarda Moskvada keçirməyə hazırdır. “Eyni zamanda, üç ölkə liderinin bəyanatında deyildiyi kimi, sabitliyin və sərhəd təhlükəsizliyinin səviyyəsinin artırılması üçün addımların atılması vacibdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button