Siyasət

Stanislav Zas: “Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərgin olaraq qalır”

“Azərbaycan və Ermənistan arasında danışıqların pozitiv məcrada davam etməsinə baxmayaraq, Qafqaz regionunda gərginlik hələ də qalır”. JAMAZ.İNFO xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

O bildirib ki, Azərbaycan-Ermənistan sərhəddində silalı insidentlər mütəmadi olaraq qeydə alınır. “Həmçinin Azərbaycan-Ermənistan sərhəddində silahlı insidentlər dayanmayıb. Bölgədə vəziyyəti sabitləşdirməkdə əsas rolu Rusiya sülhməramlı kontingenti oynayır. 10 noyabr 2020-ci ilə razılaşmasına əsasən onlar missiyalarını həyata keçirirlər”.

P.S. Zasın sözlərinin açıqlaması budur ki, Azərbaycan və Ermənistan öz aralarında razılaşsalar da, sülh sazişi imzalasalar da, Rusiya üçün münaqişə bitməyib və onun bitməməsi üçün hər şeyi edəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button