Sosial

7 il erməni əsirliyində olan Şahbaz Quliyev aksiya keçirir: “Pensiyamı, işığımı, qazımı kəsiblər”

Kəlbəcərdə 7 il erməni girovluğunda olmuş və Vətən müharibəsindən sonra əsirlikdən azad edilmiş Şahbaz Quliyev Prezident Administrasiyası qarşısında aksiya keçirir. JAMAZ.İNFO Reportyor.info-ya istinadən xəbər verir ki, Şahbaz Quliyev üzləşdiyi sosial probemlərə etirazını bildirib.

O, qaz və işıq təchizatının, həmçinin pensiyasının kəsildiyini qeyd edib. Şahbaz Quliyev pensiyasının kəsildiyinə görə müalicəsinin dayandığını bildirib. O, prezidentdən və dövlət rəhbərliyindən kömək istəyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button