Sosial

Cəbrayıl sakininin pensiyasını kəsiblər: ƏƏSMN səbəb göstərmir

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən şikayət edənlərin sayı hər gün artır. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb son günlər nazirliyin “islahat” və “büdcə vəsaitlərinə qənaət” adı altında gördüyü işlərdir.  

Qeyd edək ki, sözügedən qurumun rəhbəri Sahil Babayev bəyan edib ki, yoxlamalar nəticəsində 100 mindən çox şəxsin saxta əlillik dərəcəsi alıb və bu səbəbdən də onların təqaüdlərinin dayandırılıb. Lakin görünən və bilinən odur ki, nazirlik heç də digər işlərində olduğu kimi, bu məsələdə də kütləvilik prinsipinə, plan doldurmağa çalışıb. Elə buna görədir ki, qısa zaman kəsimində narazıların sayı bir neçə yüz minə çatıb.

Biləcəridə yaşayan əlil Əliyev İsmayıl Bayram oğlu da ƏƏSMN-dən narazıdır. Cəbrayıl rayon sakini JAMAZ.İNFO-ya göndərdiyi müraciətində bildirir ki, 2011-ci ildən ona II qrup əlillik dərəcəsi təyin edilib. İsmayıl Əliyevin əlillik almasına səbəb isə onda Ü.İ.X. gərginlik stenokardiyasının ikinci mərhələsi, ürək çatmamazlığı ilə müşayət olunan ürəyin zədələnməsi və hipertoniya xəstəliyinin olmasıdır. O bildirir ki, 10 ildir əlillik dərəcəsi alıb, lakin onun dərəcəsini müddətsiz etməkdən imtina edirlər. “Ölkə qanunvericiliyinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bbu qanunu əsas tutaraq, 30.03.2021-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilib. Tələbim isə mənə ümumi xəstəliklə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edilsin. Hətta ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin mənə 30.06.2016-cı ildə verdiyi əlillik sənətində qeyd etmişdir ki, mənim xəstəlilə bağlı səhətim ağır fiziki işlərə əks göstəricidir, yəni mənim xəstəliyim sağalmaz xəstəlikdir. Lakin 10 günə başa gələn proses, bu gün də cavablandırılmayıb”.

Qeyd edək ki, Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi nəinki İsmayıl Əliyevə cavab verib, üstəlik, ona verilən pensiyanı da aprel ayından dayandırıb.

Vətəndaş dövlət qurumlarından ona dəstək olmalarını, hüquqlarının bərpası üçün köməklik göstərilməsini xahiş edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button