Sosial

Deputatların maaşı artırıldı: 1075 manat

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. JAMAZ.İNFO xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

21-ci maddə üzrə:

1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilir;

1.1.2. üçüncü hissədə “2475 manat miqdarında” sözləri “3550 manat məbləğində” sözləri ilə əvəz edilir;

1.1.3. beşinci hissədə “bir misli məbləğində” sözləri “iki misli həcmində” sözləri ilə əvəz edilir;

29-cu maddənin ikinci cümləsi çıxarılır.

Qeyd edək ki, qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Bundan başqa, Prezident İlham Əliyev “Hesablama Palatası” haqqında qanuna edilən dəyişiklikləri də təsdiqləyib. Həmin dəyişikliyə əsasən, Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatası sədrinin müavini 2800 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Qanuna əsasən, Hesablama Palatasının üzvlərinə əmək məzuniyyətinə çıxarkən müavinət verilməsinə dair müddəa da ləğv olunub.

Qeyd edək ki, qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button