Sosial

Etiraz aksiyası bəhrəsini verdi: nazir Malik Əliyevi işdən çıxardı

Xəbər verdiyimiz kimi, bu gün bir neçə yük maşını Heydər Əliyev prospektini bağlayaraq, etiraz aksiyası keçiriblər. JAMAZ.İNFO xəbər verir ki, “R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar: “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin.  Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”

Bildirək ki, az öncə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib. JAMAZ.İNFO xəbər verir ki, nazir hadisəyə görə, xidmət rəisi Anar Rzayevə xəbərdarllq edib. Qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button