Sosial

FHN-nin Akademiyası ilanlara 158 min pul “xərcləyib”

Fövqəladə Hallar Nazirliyinin Akademiyası “Profgigiyena” MMC ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 157 940 AZN olan müqavilədə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında göstərilir ki, “Profgigiyena” MMC 18 yanvar 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 122a, mənzil 22-də yerləşir. MMC-nin qanuni təmsiçisi Əsgərova Səbinə Sabir qızıdır.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.
Bu satınalma müqaviləsinin maraqlı tərəfi FHN-nin akademiyasında deratizasiya işlərinin aparılmasıdır. Məsələ burasındadır ki, deratizasiya insanlara epidemioloji və iqtisadi ziyan verən gəmiricilərə qarşı aparılan mübarizə tədbiridir. Tenderin şərtlərindən bəlli olur ki, akademiyada deratizasiya siçovullar və ilanlarla bağlıdır. Sən demə, FHN-nin akademiyası il ərzində 5 dəfə ilanlara qarşı mübarizə aparır. Qurum şirkətdən ilanlar üçün 20 ədəd tələ də alır. FHN-nin akademiyasında ilnaların yuva salması həqiqətən də maraqlıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button