Sosial

Goranboyda dəhşətli sel: zərər müəyyənləşdirilir

Ötən gün güclü leysan yağışları səbəbindən Goranboy rayonunun dağ kəndlərindəki çaylarda suyun səviyyəsi yüksəlib, sel nəticəsində Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində bir çox fərdi yaşayış evlərinə və təsərrüfatlarına, əhalinin mal-qarasına və nəqliyyat vasitələrinə, iaşə və digər sosial obyektlərə ziyan dəyib.
Seldən sonrakı durum barədə Modern.az-a danışan Goranboyun deputatı Anar Məmmədov bildirib ki, aidiyyəti qurumlar, icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən vəziyyət nəzarətə alınıb.
“Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası dərhal təbii fəlakət zonasında toplanıb, Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin inzibati binasında Operativ Qərargah yaradılıb. İcra başçısı Məhərrəm Quliyev və  rayonun digər rəhbər şəxsləri Komissiya üzvləri ilə birgə təbii fəlakətdən ciddi zərər görmüş sakinlərlə görüşüblər, fərdi yaşayış evlərinə baş çəkiblər. Hazırda durum stabildir”.
Deputat qeyd edib ki, dağ kəndlərində əhaliyə dəyən ziyanla bağlı araşdırma aparılır, insan tələfatı yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button