Sosial

İtkin düşmüş daha bir hərbçimizin nəşi tapıldı – FOTO

Vətən müharibəsi zamanı itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti  müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə verilməsi təmin olunub. JAMAZ.İNFO xəbər verir ki, barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button