Sosial

Qazi yalan danışır, yoxsa nazirlik?

Ötən gün saytımızda Qarabağ qazisi Rəşid Nurəhmədovla bağlı məlumat yayımlamışdıq. Həmin məlumatda Qarabağ Qazisinin durumunun ağır olduğu, lazımi müalicə ala bilmədiyi, habelə əlillik dərəcəsinin verilmədiyi qeyd edilmişdi.

Bildirək ki, Nurəhmədov Cəbrayil döyüşlərində ağır yaralanıb. Özünün dediyinə görə, onun üzü, əli yanıb, gözləri isə pis görür. Heç bir yerdə iş tapa bilməyən Qazi intihar həddinə çatdığını deyib.

Bu gün JAMAZ.İNFO-ya yazılı açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan edib ki, Vətən müharibəsi iştirakçısı, Xaçmaz rayon sakini Nurəhmədov Rəşid Raidoviç 08.04.2021- ci il tarixində yerli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə edilib. Nazirlikdən bildirilib ki, 10.08.2021-ci il tarixində isə əlilliyin qiymətləndirilməsi ilə bağlı şəxsə dair Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən elektron sistemə göndəriş daxil edilib. “Mərkəzi Hərbi Həkim Komissiyasının yekun şəhadətnaməsində qeyd edilən diaqnoz əlilliyə əsas vermədiyi üçün Rəşid Nurəhmədov barədə imtina qərarı verilib. Vətəndaşın şikayəti nəzərə alınmaqla o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir daha əyani müayinəyə cəlb ediləcək”.

ƏƏSMN-dən bildiriblər ki, Rəşidin ailəsinə sığorta ödənişi (2750 manat) və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib.

Bundan başqa, nazirlik iddia edib ki, sosial şəbəkələrdə yayılmış fotolar Rəşid Nurəhmədovun hazırkı durumunu əks etdirmir. “Nəzərinizə çardıraq ki, Vətən müharibə iştirakçısının sosial şəbəkə səhifələrində yayılan fotosu hazırkı vəziyyətini əks etdirmir”.

Sözügdən dövlət qurumu Rəşidın aprel ayında əyani müayinə zamanı çəkilmiş fotosunu da təqdim edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button