Sosial

“Sosial Tədqiqatlar Mərkəzi” 2 milyona 2 mərtəbəli ofis tikir

Açıqlanan rəsmi məlumatda göstərilir ki, “TVM İnşaat” MMC  “Sosial Tədqiqatlar Mərkəzi”nin sifarişi əsasında bu qurumun obyektinin tikintisini həyata keçirəcək.  

MMC tender şərtlərində göstərilən işlərin həyata keçirilməsi üçün “Sosial Tədqiqatlar Mərkəzi”ndən 1 milyon 810 min manat alacaq. Tikinti işlərinin bu ilin iyul ayında başladığı və ilin sonunda başa çatacağı bildirilir.
Məlumat üçün bildirək ki, “TVM İnşaat” MMC 25.07.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, m. 8” olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.
Onu da bildirək ki, millət vəkili Zahid Orucun rəhbərlik etdiyi “Sosial Tədqiqatlar Mərkəzi”nə inzibati bina tikdirməsi üçün 2019-cu ildə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icazə verilib.
“Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 18” ünvanında tikiləcək inzibati binanın 2 mərtəbəli olması nəzərdə tutulub. Binanın ümumi sahəsi isə 2091,3 kv. metr olacaq.
Rəqəmlərdən də göründüyü üçün obyektin 1 kv. metrinin tikintisi 866 manata başa gələcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button