Sosial

Türk alim: “Koronavirus hələ 10 il bizimlə qalacaq”

Dünyada koronavirusa qarşı ilk peyvəndi tapan, alman biotexnoloji firması olan “BioNTech”in rəhbəri Uğur Şahin pandemiya və virusla bağlı maraqlı açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, ötən gün beynəlxalq konfranslarda çıxış edən Şahin koronavirusdan tezliklə can qurtara biləcəyimizi mümkün hesab etməyib.

O deyib ki, Covid-19-a qarşı hazırladıqları peyvəndin daha da inkişaf etdirilməsi üçün çalışırlar və bu prosesdə ciddi nəticələr əldə ediblər. “İndiyi qədər 10 milyon insana peyvənd çatdıra bilmişik. Amma bacaracaq çox şey var. Peyvəndimizi bütün dünyaya çatdırmaq istəyirik. Sadəcə, iqtisadi cəhətdən inkişaf etmiş deyil, kasıb ölkələr üçün də peyvəndin əlçatan olmasına çalışırıq”.

Uğur Şahin onu da deyib ki, Covid-19 virusu uzun müddət hələ insanlarla qalacaq. “Bu virusun bizimlə qalacağı aydındır. Bu təkcə, 2021-2022-ci il üçün keçici problem deyil. Bu gələcək 10 il üçün bir məcburiyyətdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button