Sosial

Valideyn-Müəllim Assosiasiyaları ləğv edilir, yeni təşkilatlar yaradılır

Vəliyeva bildirib ki, hazırda yeni təşkilatın yaradılması ilə bağlı müzakirələr aparılır: “Artıq müəyyən maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq”.
O, bu gün Valideyn-Müəllim Assosiasiyaları (VMA) ilə bağlı problemlərin gündəmdə olduğunu vurğulayıb: “Həmin VMA-lar məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb və rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir”.
Qeyd edək ki, son zamanlar sosial şəbəkədə VMA tərəfindən pul yığılması məsələsi ciddi müzakirə mövzusu olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button