Sosial

Yaxın vaxtlarda Azərbaycana vaksin gətiriləcək

“Koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyət ümidvericidir. Artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib. Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkələr ilə danışıqlar aparır və qısa zamanda Azərbaycana da peyvəndin gətirilməsinə başlanacaq”. JAMAZ.İNFO APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmançı deyib.

O bildirib ki, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir: “Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq “işıq görünür”. Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi xəstəliyin bitməsi olmayacaq. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman ala bilər. Bu baxımdan qorunma tədbirlərinə riayət edilməsi vacibdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button