AraşdırmaManşet

Azərbaycan müharibə vaxtı S-300 raketlərindən niyə istifadə etməyib?

Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna qarşı istifadə olunan “İsgəndər” raketləri ətrafında qalmaqal səngimək bilmir. Belə ki, rəsmi Bakının müraciətinə Rusiya Müdafiə Naziliyinin “dilucu” cavab verməsindən sonra durumun daha qəliz şəkil alacağı gözlənilir.

Bildirək ki, Rusiya və Azərbaycan arasında bu məsələdə narazılığın olduğunu artıq rus ekspertlər də dilə gətirirlər. Onlar iddia edirlər ki, hazırda nümayiş olunan qalıqlar ilk olmayacaq və bu sıraya daha bir neçəsi də əlavə oluna bilər. Və fikirlərini belə əsaslandırırlar ki, Ermənistan “İsgəndər” raketindən bir neçə dəfə istifadə edib.

JAMAZ.İNFO Avia.Pro saytına istinadən xəbər verir ki, rus eskpertlər Qarabağda “İsgəndər-M” raketlərinin Azərbaycan tərəfindən “Barak-8” raketləri ilə vurulduğunu artıq təsdiqləməyə başlayıblar. Onlar deyirlər ki, Azərbaycan tərəfi “Barak-8” raketindən müharibə dövründə bir neçə dəfə istifadə edib. Və maraqlı bir sual verirlər: “Azərbaycan Hərbi Hava Qüvvələrinin balansında Rusiya istehsalı olan “S-300” raketləri də var. Lakin Azərbaycan bir dəfə də olsun ondan istifadə etməyib. Bu nə ilə bağlıdır?”

Elə özləri də bu suala cavab verərək deyirlər ki, belə bir addımın atılması Azərbaycanın rus silahlarına güvənsizliyi ilə bağlı ola bilər. Onların sözlərinə görə, “İsgəndər-M” raketlərini vurmaq üçün S-300 raketləri yetərli olmaya bilər. Eyni zamanda, Bakı bu silaha əmin olmadığı üçün daha çox etibar etdiyi “Barak-8” raketlərindən istifadə edib. “İsrail istehsalı olan raketin səsə doğru hərəkət etməsi səbəbindən ondan istifadə olunub. S-300-lərdən istifadə edilməməsi isə ona güvənlərinin olmamasından irəli gələ bilər”.

Rus ekspertlər bununla belə Azərbaycan tərəfinin konkret olaraq əlində daha hansı məlumat və faktların olmasından çox şeyin asılı olacağını da vurğulayırlar. Onlar deyilər ki, əgər Azərbaycan tərəfi daha ciddi faktları ortaya çıxararsa, bur Rusiya ilə münasibətlərin təkcə pisləşməsinə deyil, həm də gərginləşməsinə səbəb olacaq. Bundan başqa, həm də onu vurğulayırlar ki, əgər “İsgəndər-M” raketlərinin “Barak-8” raketləri ilə vurulması faktı təsdiqini taparsa, o zaman silah bazarında Rusiyanın etibarı heçə enəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button