AraşdırmaManşet

Cahangir Əsgərov Londondakı şirkətinin adını dəyişdi

AZAL prezidenti Cahangir Əsgərovun ailəsi Londondakı şirkətləri ilə bağlı şübhəli ad dəyişiklikləri aparıblar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

  1. O bildirib ki, bu addım daha çox yerdəyişməyə oxşayır. “Belə demək mümkünsə Əlinin adını Vəliyə, Vəlinin adını Əliyə veriblər. Söhbət ilk növbədə 31 milyon funt sterlinqdən (75 milyon manat) artıq aktivləri olan GAZELLI ART HOUSE LIMITED-dən gedir. Şirkətin təsisçisi – Cahangir Əsgərovun qızı Məlahət Əsgərovanın Britaniya Şirkətlər Evinə müraciətinə əsasən bu il fevralın 9-da GAZELLI ART HOUSE LIMITED-in adı MRCR ART LIMITED olaraq rəsmiləşdirilib. Halbuki elə bu ilin yanvarında Məlahət Əsgərova MRCR ART LIMITED adı ilə Londonda başqa bir şirkət təsis etmişdi. Bu şirkətin adı isə GAZELLI ART HOUSE LIMITED (!) olaraq dəyişdirilib”.
    Araşdırmaçı jurnalist hesab edir ki  bu sadə hoqqabazlıq deyil. “İki şirkətin adında dəyişikliklər rakirovkadırmı, yoxsa maskirovkamı bəlli deyil. Bəlkə öz ağıllarına görə iz qarışdırırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button