AraşdırmaManşet

“Rusiya Qafqazda Türkiyənin hərbi və siyasi varlığını qəbul etmək məcburiyyətindədir”

“Dağlıq Qarabağda bütün paytaxtları təəccübləndirəcək şəkildə əldə edilən zəfər Qafqazda da yeni bir dövrün qapısını açdı. Bölgədə yeni bir güc mərkəzi formalaşdı”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış analitiklərindən olan Burhanettin Duran “Sabah” qəzetində yazıb.

Duran yazır ki, Rusiya artıq bölgəyə Sovet dövründə olduğu kimi, ikinci dərəcəli və ya arxa baxçası kimi baxmaqdan çəkinməyə başlayıb. Onun sözlərinə görə, Rusiya bundan sonra Qafqazda Türkiyənin hərbi və siyasi varlığını qəbul etmək məcburiyyətindədir. “Ərdoğanın Bakıda verdiyi mesajlar, Ermənistana sülh təklifi nəzərdən qaçmamalıdır. İrəvan Parisin və ya başqa bir paytaxtın dedikləri ilə yeni vəziyyəti qəbul etməyib, qisas alma siyasətinə davm edərsə, bölgədə sabitlik pozulacaq. Amma bu ermənilərin özlərinə zərər verəcək. Çünki bölgədə yeni dövrə qarşı çıxan Ermənistan Qərb, Rusiya, Azərbaycan və Türkiyənin arasında sıxışıb, qalacaq”.

Türk yazar qeyd edir ki, bölgədə davamlı sabitlik üçün ilk olaraq, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan əlaqələri normallaşmalıdır. Burhanetdin Duran hesab edir ki, münasibətlərin normallaşmasının ən böyük xeyri İrəavana olacaq. “Ərdoğanın sərhədləri açmaqla bağlı dedikləri, habelə Rusiya-Türkiyə-Azərbaycan-İran-Gürcüstan-Ermənistan ilə Qafqazda 6 tərəfli platforma təklifi də böyük dəyişiklik mənası verir”.

“Sabah” qəzetində dərc olunan yazıda müəllif bildirir ki, Ankaranın Qafqazdakı varlığı Türkiyənin Orta Asiya və İranla münasibətlərində də yeni bir dövrün başlanmasına vəsilə olacaq. Burhanetdin Duran qeyd edir ki, bu proses türk dünyasında yeni və çoxlu sayda iş görülməsi imkanları da yaradır. “Qərb, Rusiya, Çin, Türkiyə və İranın yer aldığı və Qqafqazdan çox uzaqlara gedib çıxan yeni bir geosiyasi tarazlıq şəkillənir. Bir tərəfi enerji xətlərinə, digər tərəfi Çinin “İpək Yolu” layihəsinə uzanır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button