AraşdırmaManşet

Rusiyanın “hörmüçək toru”: Gümrüylə BTQ-ni birləşdirəcək dəmiryolu çəkiləcək – YENİ XƏRİTƏ

Yanvarın 11-i Moskvada keçirilən Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündən sonra ortaya yeni məqamlar çıxıb. JAMAZ.İNFO xəbər verir ki, Moskva görüşündə tərəflər əsasən kommunikasiya xətlərinin açılması və digər iqtisadi məsələləri müzakirə edib.

Bununla bağlı, tərəflərin komissiya yaratdıqları, İşçi Qrupu təşkil etdikləri məlum olsa da, hər hansı sənəd imzalanmayıb. Amma rus mediası görüşdən sonra xəritə yayımlayaraq, Mehri dəhlizindən keçəcək və Naxçıvanla Azərbaycanı birləşdirəcək dəmiryolunun ilkin sxemini təqdim etmişdi. Bu məlumatdan sonra Ermənistanda ara yenə qarışsa da, baş nazir Nikol Paşinyan hökuməti müxalifətin dediklərinə əhəmiyyət verməməyi üstün tutub.

Həmin xəritədə qeyd olunurdu ki, dəmir yolu təkcə, Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini bərpa etməyəcək. Həm də Rusiya, Türkiyə və İran xətlərini də özünə birləşdirəcək.

JAMAZ.İNFO xəbər verir ki, bu gün məlum dəmiryolu məsələsi ilə bağlı daha bir xəritə yayılıb. Rusiyanın “Sputnik” Agentliyinin yaydığı xəritədə dəmiryollarının təkcə Mehri dəhlizi ilə kifayətlənməyəcəyi diqqəti çəkir. Belə ki, xəritədə Tbilisidən bir xəttin İrəvana, oradan da Naxçıvana uzanacağı nəzərə çarpır. Həmçinin İrəvandan Naxçıvana, oradan da İrana uzanacaq bir xəttin olması da qeyd olunub.

Maraqlı məqamlardan biri isə Ermənistan dəmiryolunun Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə birləşdiriləcəyidir. JAMAZ.İNFO xəbər verir ki, xəritədə Ermənistanın Gümrü şəhərindən Qars istiqamətində dəmiryolu xətti çəkiləcək və BTQ-yə birləşdiriləcək.

Görünən odur ki, Rusiya bölgədə “hörmüçək toru” qurur. Azərbaycan və Ermənistan arasında uzunmüddətli sabit münasibətləri saxlamaq üçün əsasən iqtisadi kartlardan yararlanmaq fikrindədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button