CəmiyyətManşet

Əl Həsənovun qaynı və bacısı oğlu polisdən qovuldu

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu gün Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun qaynı və bacısı oğlu polis orqanlarından qovulub. JAMAZ.İNFO xəbər verir ki, işdən qovulan Həsənovun qaynı DİN-in Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev vəliyevdir. Onun işdən çıxarılmasının səbəbi xidməti fəaliyyətində yol verdiyi nöqsanlar olub.

Qeyd edək ki, C.Vəliyev daha əvvəl Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Əli Həsənovun bacısı oğlu Məmmədov Siyamək Dilavər oğlu isə DİN Baş Mühafizə İdarəsində komandir vəzifəsində çalışırmış. Onu da işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən ediblər.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button