Cəmiyyət

ABŞ səfirliyindən Qarabağ açıqlaması: “Münaqişə bitməyib, tərəflər danışıqlara başlamalıdır”

44 günlük müharibədən sonra Azərbaycan tərəfi israrla bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi bitib və bununla bağlı hər hansı bir müzakirəyə gərək də yoxdur. JAMAZ.İNFO xəbər verir ki, müharibədən bir qədər sonra Bakıya səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Prezident İlham Əliyevin keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də həmin yanaşmanın tam təsdiqi idi.

Lakin Ermənistan və onunla yanaşı addımlayan bəzi ölkələr Azərbaycanın mövqeyini bölüşmür. Əksinə, onlar iddia edirlər ki, Qarabağ münaqişəsi həll olunmayıb və bununla bağlı addımlar atılmalıdır. Bu gün ABŞ-ın Ermənistandakı səfirliyindən bildiriblər ki, rəsmi Bakının “Qarabağ münaqişəsi bitib” bəyanatı reallığı əks etdirmir. “Hər şey ATƏT-in Minsk Qrupunun 13 aprel tarixli bəyanatında açıq şəkildə qeyd olunub. ABŞ hesab edir ki, hazırda mövcud olan problemlərin əlavə qüvvə sərf etməklə həllinə nail olmaq lazımdır. Xüsusi olaraq, problemin çoxtərəfli və stabil şəkildə yekun həllinə nail olunmalıdır. Və bu hamıya məlum olan prinsiplər çərçivəsində həyata keçirilməlidir”.

Aamerika səfirliyindən onu da bildiriblər ki, onlar tərəfləri tez bir zamanda ATƏT-in Minsk Qrupu çərçivəsində yüksək səviyyədə görüşlərin və siyasi dialoqların keçirilməsinə çağırırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button