Cəmiyyət

Ali Məhkəmə Akif Çovdarovun şikayətini qismən təmin etdi

Bu gün Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayətinə baxılıb.
APA-nın əldə etdiyi məlumata görə, keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunaraq iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
A. Çovdarov Ali Məhkəmədən barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsini və müsadirə olunan əmlaklarının geri qaytarılmasını istəyib.
Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apelyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib.
Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button