Cəmiyyət

Arayiki Xankəndidə dindirdilər: “Bəzi məsələləri açıqlayacam”

Xəbər verdiyimiz kimi, Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Arutyunyan qondarma “DQR”in “Baş prokurorluğunda” qaldırılımış cinayət işində adı keçir. JAMAZ.İNFO xəbər verir ki, 44 günlük müharibə ilə əlaqədar açılmış cinayət işinə əsasən ermənilər məğlubiyyətin səbəblərini, çoxlu əsgər ölümü, habelə müharibə taktikasının düzgün qurulmaması, o cümlədən “Konstitutsion quruluşun təhlükə qarşısında qoyulması”nı aydınlaşdırmaq istəyirlər.

Qeyd edək ki, ilk olaraq istintaqa müharibə dövründə “təhlükəsizlik şurası”nın “katibi” Samvel Babayan çağırılmışdı. Ermənistan rəsmiləri onu bir sıra cinayətlərdə, habelə korrupsiyada da ittiham edirdilər. Bu gün isə Arayik Aarutyunyan istintaqa ifadə verib. O deyib ki, əlində olan və ona məlum olan bütün məlumatları “istintaqa” təqdim edib. “Bildirdim ki, istintaqın gedişatına kömək üçün onlarla əməkdaşlıq etməyə hazıram. Çünki 44 günlük müharibə zamanı baş verənlərin araşdırılması lazımdır. Lakin bir çox suallar da var. Yaxın günlərdə ictimaiyyətə həmin məsələlərlə bağlı geniş açıqlama verəcəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button