Cəmiyyət

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub”

Xəbər verdiyimiz kimi, bu gün Laçın ərazisində Ermənistanın kəşfiyyat-diversiya qrupunun qarşısı alınıb. JAMAZ.İNFO Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ərazimizə keçən diversantlardan biri, qrupun üzvlərindən Artur Kartanyan saxlanılıb.

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı maraqlı bir yanaşma ortaya qoyub. JAMAZ.İNFO xəbər verir ki, politoloq rəsmi məlumatda iki məqamın diqqət çəkdiyini qeyd edir. “Birincisi, təxribat diversiya-kəşfiyyat qrupu tərəfindən törədilib. İkincisi isə, qrupun tapşırığı ərazilərimizi minalamaq olub”.

O hesab edir ki, bu, kəşfiyyat-diversiya qrupunun hədəfinin təkcə ərazilərimizi minalamaq olmadığı ehtimalı önə çıxarır. “Rəsmi məlumatda “ilkin araşdırmalara görə, tapşırığın minalamaq olduğu” qeydi də bunu deməyə əsas deyil. Kartanyanın danışdırılması digər tapşırıqları da ortaya çıxara bilər.

İstisna deyil ki, kəşfiyyat-diversiya qrupunun Azərbaycan hərbçilərindən əsir götürmək tapşırığı da olub”.

Nərmimanlı qeyd edir ki, Ermənistan hakimiyyətinin seçkiöncəsi nail olmaq istədiyi bir neçə məsələ var. Onun sözlərinə görə, bu istəklərdən biri əsir götürməklə Azərbaycanın saxladığı erməni diversantlarla dəyişdirməkdir. “İkincisi isə seçkiöncəsi saxlanılan erməni diversantların “qisasını” almaq, cəmiyyəti kiçik də olsa qələbəyə kökləmək və diversantların qaytarılmasına ümidləri artırmaqdır. “Gallup”un son sorğusu da təsdiqləyir ki, erməni cəmiyyəti üçün indi ən vacib məsələ “sərhədlər və əsirlər”dir. Paşinyan hakimiyyəti seçkidən öncə bu prioritetlər üzərindən qazanmaq niyyətindədir”.

Amma politoloq düşünür ki, ermənilərin cəhdi dayanmayacaq. “Diversiyanın qarşısını alındı və ermənilər “ova gedərkən, ovlandı”. Hərçənd, təxribatlar davam edəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button