Cəmiyyət

Asif Nərimanlı: “Sərhədd məsələsində 3 vacib detal var”

“Sərhəddə gərginlik, ardınca demarkasiya ilə bağlı yeni sənədin qəbul edilməsi məsələsinin gündəmə gəlməsinin Azərbaycanın maraqları baxımından üç vacib detalı var”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, birinci detal Qarabağ məsələsinin gündəmdən çıxarılaraq, gərginliyin Xankəndidən sərhədə köçürülməsidir. “İkincisi, sərhəd məsələsinin Minsk qrupu həmsədrlərinin münaqişəni yenidən diriltmək istəkləri ərəfəsində gündəmə gəlməsi təsadüfi deyildi və bu cəhdlər arxa plana keçirildi”.

Nərimanlı hesab edir ki, üçüncü detal ən vacibidir: “Sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı sənədin imzalanması ilə Azərbaycan və Ermənistan bir-birinin dövlət sərhədini tanıyacaq”.

Politoloq qeyd edir ki, yeni sənədin imzalanmasından sonra Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi rəsmən tanımış olacaq, Qarabağdakı erməni qoşunları da çıxarılacaq.

Onun sözlərinə görə, proseslərdə bütün tərəflərin öz maraqları, öz oyunları var, amma oyunu quranlardan biri də Bakıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button