Cəmiyyət

Azərbaycan və Ermənistan XİN başçıları sabah İsveçdə görüşəcəklər

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sabah İsveçdə ATƏT-in Nazirlər Konfransı çərçivəsində görüşəcəklər. Bu barədə Aİ-nin xarici siyasət üzrə komissarı Lyuk Divin Avropa Parlamentində bildirib.

O, həm Ermənistan, həm də Azərbaycan liderlərinin dekabrın 15-də keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində iştiraka dəvət olunduğunu xatırladaraq, Aİ Şurasının prezidenti Şarl Mişelin iki ölkənin liderləri ilə görüşlərinin olacağını qeyd edib. “Bir tərəfdən biz tərəfləri minalardan təmizləmə xəritələri verməyə, digər tərəfdən bütün məhbusları azad etməyə təşviq edirik ki, bu da etimadı gücləndirmək üçün lazımdır. Amma tərəflər bununla razılaşmırlar. Erməni tərəfi artıq xəritələri təqdim etdiyini deyir, Azərbaycan isə saxlanılanların hərbi əsir olmadığı üçün bu tələbin adekvat olmadığını bildirir”.

Dvin qeyd edib ki, iqtisadiyyatın bərpası üçün daha çox şey etməyə hazırdırlar. “Lakin bunun üçün sülh olmalıdır. Növbəti toqquşma və ya müharibənin nə vaxt baş verəcəyini bilmədiyin bir bölgədə özəl sektora kim sərmayə qoyacaq?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button