Cəmiyyət

Azərbaycanda 6-7 bal gücündə zəlzələ: Təkanlar Bakı və Xankəndidə də hiss olunub

Bu gün Bakı vaxtı ilə 16:46-da Şamax şəhərindən 40 km şimal-şərqdə 4,9 bal gücündə zəlzələ qeydə alınıb. JAMAZ.İNFO xəbər verir ki, zəlzələnin episentrində təkanların gücü 6-7 bal təşkil edib.

Zəlzələ yerin 20 km dərinliyində baş verib. Titrəyişlər hətta Xankəndidə belə hiss olunub. Erməni tərəfinin verdiyi məlumata görə, Xankəndidə təkanların gücü 2-3 balı təşkil edib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib ki,  zəlzələ Bakı da daxil olmaqla, bir çox rayonlarda hiss olunub. “Zəlzələ yerli vaxtla saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button