Cəmiyyət

David Şaxnazarov: “Xəritənin verilməsi Ağdamın hərbiləşməsinə gətirib çıxaracaq”

İyunun 12-də Azərbaycanın 15 erməni əsiri geri verməsi müqabilində təkcə Ağdamda basdırılan minalanmış ərazilərin xəritəsini təqdim etməsi Ermənistanda geniş müzakirələrə səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, erməni müxalifəti belə xəritələrin verilməsinin əleyhinə olduqlarını, gələcəkdə ölkələri üçün təhlükə yaradacağını iddia edirlər.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi David Şaxnazaryan hesab edir ki, belə xəritlərin Azərbycana verilməsi Ermənistanın milli təhlükəsizliyi üçün təhlükə yaradır. Onun sözlərinə görə, təkcə Ağdamda 97 min ədəd mina basıdırlıb və belə bir xəritənin Azərbaycana verilməsi Ağdam bölgəsinin qısa zamanda hərbiləşdirilməsinə gətirib çıxaracaq. “Bu isə Ermənistan və Qarabağ üçün ciddi təhlükə deməkdir. Qeyd edim ki, 10 noyabr razılaşmasına əsasən əsirlər geri qaytarılmalıydı. Azərbaycan bu sənədə imza atsa da, bu gün əsirləri bizim əsəblərimiz bahasına geri verir. Mən çox şübhə edirəm ki, beynəlxalq təşkilatların əsirlərlə bağlı Bakıya təzyiqləri azalmayacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button