Cəmiyyət

DİN-nə necə elektron müraciət etmək və icrasını izləmək mümkündür?

Azərbaycan Respublikası Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraqvətəndaşlar Daxili İşlər Nazirliyinə müraciət etmək hüququnamalikdirlər. Həmçinin “İnzibati icraat haqqında” qanunun 20-cimaddəsilə nəzərd tutulub ki, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.Bu hüququn reallaşdırılması üçün vətəndaşlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsi daxilində yaradılmışhttps://e-muraciet.mia.gov.az/ elektron müraciət bölməsi üzərindən öz müraciətlərini ünvanlaya bilərlər.

Müraciətlər Ərizə, Şikayət, Təklif və ya Sorğu ola bilər. Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə elektron formada göndərilmişmüraciətlər DİN-in Katibliyinin “Vətəndaşların müraciətləri və qəbulu”şöbəsinə daxil olur və qanunvericiliyə uyğun olaraq qeydiyyata alınır vəbaxılır.

DİN-in rəsmi internet saytında (mia.gov.az) “Müraciətin statusunu yoxla” xidməti əlavə olunub. “Müraciətin statusunu yoxla” bölməsindən DİN-ə göndərilən müraciətlərin statusuna nəzarət və onun icra vəziyyətibarədə informasiya əldə etmək mümkün olacaqdır. Bunun üçün DİN-ə onlayn müraciət etmiş şəxs Nazirliyin rəsmi saytına (https://mia.gov.az/az/menu/30153/) daxil olmaqla, qeyd edilən elektron xidməti seçərəkaçılan pəncərəyə müraciətin qeydiyyata alınması nömrəsini daxil edir.Bu barədə telefona gələn təsdiq kodunu əlavə etdikdən sonramüraciətin icra vəziyyəti barədə informasiya ona təqdim edilir.

Müraciətin baxılması və qaldırılan məsələnin həlli daha çox müraciətindüzgün və dolğun yazılmasından asılıdır. Elektron müraciət formasımüraciətin yazılmasını asanlaşdırır. Formanı ardıcıl tələb olunanməlumatları daxil etdikdən sonra müraciətin qəbul edilməsinə dayirmüvafiq bildiriş çıxır. Müraciətlər poçt və email vasitəsi ilə yazıldıqda diqqət ediləcəkməqamları qeyd edək:

  1. Müraciət edən şəxsin adı, soyadı mütləq şəkildə qeyd edilməlidirvə yaxşı olardı ki şəxsiyyət vəsiqəsi məlumatları əks olunsun.
  2. Müaciət edən şəxsin əlaqə vasitələri qeyd olunmalıdır.
  3. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.4. Dəstəkləyici əlavə sənədlər, sübütlar olduqda onların nüsxələriəlavə oolunmalıdır.

Qeyd etmək lazımdır ki, “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikasının Qanununun 6.4 bəndinə əsasən, “anonim”müraciətlər qəbul edilmir və onlara baxılmır və vətəndaşın təkrarmüraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmışcavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeniməlumatlar olmadıqda baxılmamış saxlanılır və müraciət edən şəxsəməlumat verilir.

P.S. Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB Azərbaycan Respublikasının Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyatakeçirilən “Aktiv Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.

 

Əlaqəli xəbərlər

2 şərh

  1. Salam axşaminiz xeyir olsun. Mən sizə Rusiyanın Kazan şəhərindən yaziram, mənim 2 ovladim Rusiyanın Kazan şəhərində anadan olub,1 övladim anadan gəlmə invalitdi yataq xəstəsidi 3 yaşi var 5 dəfə aperaçiya olub. İkinci uşaq 3 ayliqdi təzə anadan olub. İndi hal hazirda uşaqları qeydiyyata salmaq üçün məndən uşaqlara zaqran pasport tələb edirlər. Uşaqlarin hal hazirda metrkasi Rusiya federasiyanın məxsusdur. Ata Ana Azərbaycan Respublikası vətəndaşiyiq. Uşaq hal hazirda ağir xəstə olduquna görə Rusiyanin ərazisindən çixarda bilmirəm ayda 5, 10,dəfə həkim müayinəsindən keçir yediyin qaytarır başinda şunt olduğu üçün heç bir yerə gedə bilmirik. Sizdən artiq dərəcədə xahiş edirəm mənə köməklik edəsiniz uşaqların şəxsiyyət vəsiqəsini almaq üçün. Hansi sənədlər lazimdi mən Azərbaycan Respublikasınin səfirliyindən sizə göndərə bilərəm. Çox saqolun minnətdaram.

    1. Salam. Öncəliklə övladlarınıza Allahdan şəfa diləyirəm. Bunun üçün uşaqlarınızın sənədlərini Rusiyadakı səfriliyə təqdim edin. Həmin metrkaları səfirlikdə təsdiqlətdirin. bundan sonra isə xarici pasport alınmasına dair müraciət edin. Buna görə, Bakıya gəlməyə ehtiyac yoxdur. Uşaqların ağır xəıstə olduqlarına dair arayışı da səfirliyə verin ki, durumdan xəbərdar olsunlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button