Cəmiyyət

DTX Suriyada döyüşmüş şəxsi həbs etdi

Dövlət Təhlükəsizliyi Xidməti  (DTX) dini düşmənçilik və dini radikalizmdə ittiham olunan şəxsi saxlayıb. Məıumatı mayın 12-də DTX yayıb.

Qurumun məlumatına görə, araşdırmalar nəticəsində 33 yaşlı Azərbaycan vətəndaşı, Şıxıyev Bəxtiyarın ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirakı müəyyən olunub. ”Onun müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib”, – deyə, DTX vurğulayıb.

DTX-də başlanılmış cinayət işi üzrə Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılaraq Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlıC münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button